Ukrayna öz vəziyyətini daha da çətinləşdirir
Ukrayna ordusunun Rusiyanın sərhədyanı Kursk vilayətinə hücumu Kiyevi şərq cəbhəsində daha da çətin vəziyyətə sala bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Wall Street Journal”ı yazır.
Qəzet vurğulayır ki, hücumu həyata keçirmək üçün Ukrayna cəbhə xəttindən qoşun və silahlar gətirib. Bu, pis vəziyyəti daha da pisləşdirmək riski daşıyır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Kursk bölgəsində döyüşlər başlayandan bəri 2640-a qədər hərbçi, 37 tank və 32 zirehli transportyorunu itirib. Rusiya ordusu düşməni məhv etmək üçün əməliyyatını davam etdirir.
Türkan İSGƏNDƏRLİ