İran İsrailə qarşı planlar QURUR
İran Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə qarşı cavab variantlarını nəzərdən keçirməkdə davam edir.
Redaktor.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
Bildirilib ki, İslam Respublikası İsrailə kütləvi hücuma keçmək və ya gizli kəşfiyyat əməliyyatı həyata keçirmək barədə müzakirələr aparır.
"İran heç bir zərbəni cavabsız qoymur. Məsələn, aprel ayında İranın Dəməşqdəki səfirliyinə iki İnqilab Keşikçiləri Korpusunun generalı və daha 11 nəfərin ölümü ilə nəticələnən hücuma cavab olaraq İran İsrailə doğru yüzlərlə raket və pilotsuz uçan aparat atıb. Daha sonra İsrail Müdafiə Qüvvələri zərbənin qarşısını alıb", - deyə qeyd olunub.
Türkan İSGƏNDƏRLİ