Səfir Ermənistanı tarixi faktlarla bağlı dürüst olmağa çağırdı
Erməni məktəbliləri üçün tarix dərsliklərində “Rusiyanın Şərqi Ermənistanı ilhaqı” ilə bağlı qalmaqallı ifadələr məsələsi həqiqətən də müzakirəyə layiqdir.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın respublikadakı səfiri Sergey Kopırkin deyib.
O, hələlik müvafiq erməni bölməsi ilə bu məsələni müzakirə etməyə vaxtının olmadığını bildirib və tarixi dərk edərkən dürüstlüyə, fürsətçi fikirlərdən çəkinməyə çağırıb.
Sevinc İBRAHİMZADƏ