Tramp Harrisi geridə qoydu
ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçicilərin dəstəyinə görə Demokratlar Partiyasının namizədi və vitse-prezident Kamala Harrisi dörd faiz qabaqlayır.
Redaktor.az bu barədə Rasmussen Reports sorğusunun nəticələrinə istinadən xəbər verir.
Məlumata görə, sorğuda iştirak edənlərin 49%-i noyabrda keçiriləcək prezident seçkilərində Trampa 45%-i isə Harrisi dəstəkləyir. Onlardan 3%-i başqa namizədə, 2%-i isə qərarsız olduğunu bildirib.
Sorğu 8,11,14 avqust tarixlərində 2000ə-yaxın ABŞ seçicisi arasında keçirilib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Türkan İSGƏNDƏRLİ