Rusiyada meymunçiçəyi virusuna qarşı peyvənd hazırlandı
Rospotrebnadzorun Vektor Mərkəzində meymunçiçəyi xəstəliyinin qarşısının alınması üçün peyvənd mövcuddur.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə nəzarət qurumunun mətbuat xidməti məlumat yayıb.
"2022-ci ildə Rospotrebnadzorun Vektor Mərkəzi bu xəstəliyin və digər ortopoxvirus infeksiyalarının qarşısının alınması üçün dördüncü nəsil peyvəndi, texnoloji cəhətdən inkişaf etmiş, dünya səviyyəli bir dərman olan OrthopoxVac-ı qeydiyyata alıb", - məlumatda qeyd olunub.