Qərb İsraili İrana qarşı qorumalıdır- Katz
İsrailin xarici işlər naziri İsrael Katz Qüdsdə Britaniya və Fransa həmkarları David Lammy və Stefan Sejourne ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici işlər naziri Katz Qərbi İsraili İrana qarşı dəstəkləməyini istəyib.
“İran anlamalıdır ki, əgər vəkilləri vasitəsilə İsrailə qarşı apardığı müharibə yolu ilə birbaşa təcavüzünü dayandıra bilməsə, strateji və iqtisadi sahələrdə yüksək qiymət ödəməli olacaq. Bu, hərtərəfli müharibənin qarşısını almaq üçün yeganə şansdır”, -nazir əlavə edib.
Türkan İSGƏNDƏRLİ