İzmirdə meşə yanğınları yaşayış məntəqələrinə çatıb
Ötən axşamdan Türkiyənin İzmir və Manisa vilayətlərində meşə yanğınları başlayıb.
Redaktor.az “TRT Haber”ə istinadla xəbər verir ki, alovun daha da genişlənməsinin qarşısını almaq üçün əraziyə personalının ümumi sayı 1000 nəfərə çatan yanğınsöndürmə briqadaları, xeyli sayda xüsusi texnika və helikopterlər cəlb edilib.
İzmirin valisi Süleyman Elban yanğınlar zamanı insan tələfatına yol verilməməsi üçün kəndlərdən birinin, eləcə də bir yaşayış məntəqəsində iki məhəllənin tamamilə boşaldıldığını bildirib.
O deyib ki, yerli əhali arasında tələfat qeydə alınmayıb. Vali yanğınla effektiv mübarizə üçün küləyin sürətinin səngiməsinin vacibliyinə toxunub. Məlumata əsasən, sürəti saatda 80 kilometrə çatan külək alovun ram edilməsinə imkan vermir.