Region üçün təhdid və risklər artır - Türkiyəli nazir
Region üçün təhdid və təhlükələr artır.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Xüsusi Təyinatlı Qoşunların ixtisas kursunun məzun günündə çıxışı zamanı deyib.
O bildirib ki, dünyanın bir sıra bölgələrində ciddi proseslər cərəyan edir: “Belə bir vəziyyətdə Türkiyə güclü olmağa məcburdur”.
Y.Gülər söyləyib ki, Türkiyə beynəlxalq təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir: “Ölkəmiz regiondakı böhranların qarşısının alınması üçün qurulan diplomatiya masalarının əvəzedilməz aktorudur”.