Belqorod vilayətində bir sıra yaşayış məntəqələrinə giriş BAĞLANDI

 21:35 16.08.2024     204

Avqustun 19-dan Belqorod vilayətinin bir sıra yaşayış məntəqələrinə giriş bağlanır.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.

“Biz rayonun 5 yaşayış məntəqəsinin girişini bağlayırıq, sakinləri çıxarırıq və əmlakın çıxarılmasına kömək edirik", - deyən rəsmi şəxsin sözlərinə görə, söhbət Qrayvoronski rayonunda yerləşən Novostroyevka-Vtoraya kəndi və Sovxoznı, Dobropolye və Kazaçok kəndlərindən gedir. Valuyski rayonunun Novopetrovka kəndinə girişə qadağa da tətbiq edilir.

“Krasnoyaruzski rayonunda biz Kolotilovka kəndinin girişini müvəqqəti bağlayırıq, kənddə qeydiyyatda olan hər sakinə 15 min rubl ödəyirik və vəziyyətin yaxşılaşacağına ümid edirik”, - qubernator bildirib.

Turan İSMAYIL