Kurskda raket təhlükəsi elan edildi

 12:25 18.08.2024     295

Kursk vilayətində sutka ərzində dördüncü dəfə raket xəbərdaredici siren işə salınıb.

Redaktor.az xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov öz teleqram kanalında məlumat verib.

“Kursk bölgəsi: Raket təhlükəsi, evdəsinizsə, möhkəm divarları olan pəncərələri olmayan otaqlara sığınmalısınız: dəhlizdə, vanna otağında, küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin”, - o yazıb.

Daha sonra Smirnov raket təhlükəsi siqnalının ləğv edildiyini açıqlayıb.

Turan İSMAYIL