Tovuz quşunu yedi, həbsə düşdü
Hindistandan olan yutuber Kodam Pranay Kumar tovuz quşu yeməyini necə bişirib yediyini göstərib və nəticədə həbsxanaya düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Kumarın "YouTube" kanalında yeməyin necə hazırlanacağına dair addım-addım təlimatların yer aldığı "Traditional Peacock Curry Recipe" adlı video yerləşdirdiyi qeyd edilib. Tovuz quşu Hindistanın milli quşu olduğu üçün video internetdə qəzəb doğurub. Bloqqer müqəddəs quşu təhqir etməkdə və yabani quş ətinin qeyri-qanuni istehlakını təbliğ etməkdə günahlandırılıb.
Kumar Vəhşi Təbiətin Mühafizəsi Qanununu pozduğuna görə saxlanılıb və 14 sutkalıq həbsxanaya göndərilib. Məhkəmə onun dəmir barmaqlıqlar arxasında qalacağına, yoxsa girov müqabilində azadlığa buraxılacağına tezliklə qərar verməlidir.
Bloqqerin özü isə ittihamları rədd edərək videoda toyuq olduğunu deyib. Lakin onun telefonunda tovuz quşu yeməyini həqiqətən hazırladığını təsdiqləyən yazılar tapılıb.
Sevinc İBRAHİMZADƏ