Kolumbiya İsrailə kömür ixracını DAYANDIRIR

 10:30 19.08.2024     216

Kolumbiya hökuməti İsrailə kömür ixracını rəsmi olaraq dayandırdı.

Redaktor.az xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro "X" sosial şəbəkəsində yazıb.

Məlumata görə, buna səbəb İsrailin Qəzzaya hücumlarını davam etdirməsidir.

İsrailə kömür ixracını qadağan edən fərmanı prezident Petro, Xarici İşlər Naziri Luis Gilberto Murillo və Maliyyə, Mədən və Ticarət Nazirləri imzalayıb.

Fərman rəsmi qəzetdə dərcindən beş gün sonra qüvvəyə minəcək.

Türkan İSGƏNDƏRLİ