Onun rəhbərliyi ABŞ-nin sonu olacaq - Harris Trampı ötdü

 11:10 19.08.2024     203

Demokratlardan prezidentliyə namizəd Kamala Harris kommunistdir, onun rəhbərliyi ABŞ-nin dağılmasına gətirib çıxaracaq.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş lideri Donald Tramp özünün “Truth” sosial şəbəkəsindəki hesabında bildirib.

“Yoldaş Kamala Harris ölkəmiz üçün çox pisdir. O, həmişə kommunist olub və olacaq. Onun “rəhbərliyi” ilə ABŞ dağılacaq və bu, çox tez baş verəcək.

Tramp bunun baş verməsinə və Harrisin seçkidə qalib gəlməsinə imkan verməyəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-də aparılan sorğuya görə, seçicilərin 48 faizi vitse-prezident Kamala Harrisi dəstəkləyir, 41 faizi isə onun rəqibi Donald Trampın prezident olmasının lehinədir.

Harrisə qadın seçicilər, Trampa isə kişilər daha çox üstünlük verirlər.

Sevinc İBRAHİMZADƏ