Qırğızıstan və Tacikistan ümumi sərhədin delimitasiyası haqqında protokol İMZALADI

 13:35 19.08.2024     222

Qırğızıstanın Batken şəhərində Qırğızıstan və Tacikistan arasında sərhədin delimitasiyası üzrə müvəqqəti protokol imzalanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər Qırğızıstan-Tacikistan dövlət sərhədi xəttinin keçidinin təsviri ilə bağlı təkliflər mübadiləsi aparıblar.

Qeyd edək ki, daha öncə Qırğızıstan və Tacikistan bir neçə dəfə toqquşmalara səbəb olan ümumi sərhəd xəttini tam razılaşdıra bilməyiblər.

Türkan İSGƏNDƏRLİ