Rusiya Britaniyaya qarşı sanksiyaları genişləndirdi
Rusiya Britaniya beyin mərkəzləri və məsləhət agentliklərinin nümayəndələrinə qarşı şəxsi sanksiyalar tətbiq edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, Rusiya ərazisinə 30-dan çox Britaniya vətəndaşının girişi qadağan edilib. Bildirilib ki, onlar ictimai media və internet vasitəsilə Rusiya dövlətini gözdən salan dezinformasiya yayırlar. Bundan başqa Rusiya yerləşən şirkətlərin də fəaliyyətləri qismən məhdudlaşdırılıb.
Xarici İşlər Nazirliyi qeyd edib ki, anti-Rusiya kursunun həyata keçirilməsində ekspert qiymətləndirmələri və ayrı-ayrı şəxslərin tərtib edilmiş tapşırıqlarından geniş istifadə olunur.
Türkan İSGƏNDƏRLİ