"Bizim Azərbaycanla birgə işləyə biləcəyimiz çoxlu sahələr var" - Putin
Hazırkı ticarət dövriyyəsi göstəricisi hələlik Rusiya və Azərbaycanın potensialına uyğun gəlmir.
Redaktor.az "Ria novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin prezident İlham Əliyevlə keçirdiyi görüşdə bəyan edib.
“Əslində biz təkcə enerjidən deyil, həm də sənaye əməkdaşlığı, nəqliyyat, logistika və yüngül sənayedən danışa bilərik. Bizim birgə işləyə biləcəyimiz çoxlu sahələr var", - Rusiya prezidenti deyib.
Bu gün Bakı metropoliteni üçün vaqonların Rusiyanın “Transmaşholdinq” şirkəti tərəfindən istehsal ediləcəyi barədə məlumat yayılıb. Ölkələr həmçinin neft məhsullarının daşınması üçün innovativ çay-dəniz tankerlərinin tikintisində tərəfdaşlıq barədə razılığa gəliblər. Səfərlə bağlı materiallardan əvvəllər məlum olub ki, 2024-cü ilin yanvar-iyun aylarında Rusiya Federasiyası ilə Azərbaycan arasında ticarət dövriyyəsi 7,1 faiz artaraq 2 milyard dollara çatıb.
Sevinc İBRAHİMZADƏ