Şolz radikal ekoloji fəalların hərəkətlərini PİSLƏDİ
Almaniya kansleri Olaf Şolz radikal ekoloji hərəkat “Letzte Generation” (“Son nəsil”) fəallarının hərəkətlərini tənqid edib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
“Hesab edirəm ki, fəalların kampaniyası ağılsızlıqdır”, - Şolz Bremendə vətəndaşlarla söhbəti zamanı deyib.
Kansler radikal fəalların cinayətlərinin qanunla ardıcıl olaraq mühakimə olunacağına arxalanır.
Avqustun 15-də "Son nəsil" üzvləri Almaniyanın bir neçə hava limanında, xüsusən Berlin, Köln/Bonn, Nürnberq və Ştutqartda etiraz aksiyaları keçiriblər. Hərəkat iqlim dəyişikliyinə qarşı daha güclü mübarizəyə, avtomobil yollarında sürət həddinin aşağı salınmasına və ictimai nəqliyyatda gediş haqqının aşağı salınmasına çağırır. Hərəkat nümayəndələri Almaniya hakimiyyəti optimal həll yolu tapana qədər aksiyalar keçirəcəklərini vurğulayıblar.
Eyni zamanda ekoloji fəallar son vaxtlar nəinki yolları bağlayıb, hava limanlarının işini pozublar. Hüquq-mühafizə orqanları hesab edir ki, 2022-ci ilin aprelində hərəkatın iki üzvü İtaliyanın Triesti və Almaniyanın İnqolştadtını birləşdirən neft kəmərində təxribat törətməyə cəhd edib.
Turan İSMAYIL