Rusiya KTMT çərçivəsində Ermənistan qarşısında öhdəliklərini izah etdi

 10:42 20.08.2024     287

KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çərçivəsində Ermənistan qarşısında öhdəliklər dəyişməz olaraq qalır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan deyib.

Onun sözlərinə görə, respublikanın sabitliyinin KTMT və Rusiya Federasiyasından başqa alternativ təminatçısı yoxdur.

Ağasandyan deyib ki, İrəvanda indi dominant xətt bu cür qarşılıqlı əlaqələrdən uzaqlaşmaqdır.

Onun sözlərinə görə, İrəvanın bu mövqeyi erməni xalqının maraqlarına ziddir, çünki milli təhlükəsizliyi əhəmiyyətli dərəcədə zəiflədir.

“Respublikanın sabitliyinin təminatçısı olan KTMT və Rusiyaya alternativ yoxdur. Təşkilat daxilində qarşılıqlı öhdəliklər dəyişməz olaraq qalır”, - deyə Rusiya XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktoru yekunlaşdırıb.

Sevinc İBRAHİMZADƏ