ABŞ iranlı hakerləri siyasi kampaniyaları sındırmaqda ittiham EDİR
ABŞ kəşfiyyat rəsmiləri iranlı hakerləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın, hazırkı prezident Co Baydenin və Demokratlar Partiyasından namizədliyini irəli sürən ABŞ vitse-prezidenti Kamala Harrisin kampaniyalarını sındırmaqda ittiham edib.
Redaktor.az xəbər verir ki, bu barədə New York Times qəzeti yazır .
Nəşr FTB, Milli Kəşfiyyat Direktoru Ofisi və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin birgə bəyanatından sitat gətirərək, İranın nifaq salmağa və demokratik təsisatlara etimadı sarsıtmağa çalışdığını bildirib.
Amerika hüquq-mühafizə orqanları hesabatda İslam Respublikasının “sosial gərginlikdən müxtəlif yollarla istifadə etmək” niyyətində olduğunu vurğulayıblar.
Türkan İSGƏNDƏRLİ