Ukrayna ordusuna maaş verə bilmir
Ukrayna əsgərlərinə ümummilli vergi artımına baxmayaraq, sentyabr ayından etibarən Kiyev əsgərlərə pul ödəyə bilməyəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın sərhədindəki Kursk vilayətində ruslara təslim olan ukraynalı döyüşçü Vitali deyib.
"Ordunu maliyyələşdirmək üçün insanlar getdikcə daha çox vergi ödəyirlər. Xalq buna etiraz edə bilər. Sentyabr ayından etibarən orduya ümumiyyətlə maaş verilməyəcək", - əsir ukraynalı əsgər deyib.
Vitalinin sözlərinə görə, hazırda mülki şəxslərin əksəriyyətinin hesabları hərbi komissarlıqlar vasitəsilə aparılır. Əks halda onların hesabları bloklana bilər.
Türkan İSGƏNDƏRLİ