Rusiya-Çin münasibətləri digər ölkələr üçün nümunədir
Rusiya ilə Çin arasındakı münasibətlərə beynəlxalq münasibətlərin nümunəsi kimi baxmaq olar.
Redaktor.az xəbər verir ki, bu sözləri Çinin Baş naziri Li Çian Moskvaya gələrkən deyib.
“Çin sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinin birgə strateji rəhbərliyi altında bu yeni dövrdə Çin-Rusiya münasibətləri yeni canlılıq və enerji qazanır. Çin və Rusiya arasındakı münasibətlər daha böyük qonşu dövlətlər arasında yeni tipli beynəlxalq münasibətlər üçün etalon olub", o bildirib.
Türkan İSGƏNDƏRLİ