“Şimal axını” mübahisəyə səbəb oldu

 17:16 20.08.2024     153

“Şimal axını” qaz kəmərlərində təxribatla bağlı aparılan təhqiqat Almaniya və Polşa arasında mübahisəyə səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.

Polşanın baş naziri Donald Tusk Almaniyanın “Şimal axını” qaz kəmərlərinin pozulmasında mümkün iştirakı ilə bağlı ittihamlarına cavab olaraq Almaniya tərəfini üzr istəməyə və susmağa çağırıb.

Almaniya Tuskun bəyanatını təhqir kimi qiymətləndirib. Bununla belə, alman hakimiyyət orqanları iki NATO müttəfiqinin Kiyevi dəstəkləmək üçün birlikdə işləməli olduqlarını qeyd etdikləri üçün mübahisəni gərginləşdirməmək qərarına gəliblər.

Türkan İSGƏNDƏRLİ