Atəşkəs Fələstinin beynəlxalq səviyyədə tanınması deməkdir
Qəzza zolağında atəşkəs razılaşdırıldıqdan sonra bu, Fələstin dövlətinin beynəlxalq səviyyədə geniş şəkildə tanınması üçün qapı açacaq.
Redaktor.az xəbər verir ki, bu sözləri Misir prezidenti Əbdülfəttah əs-Sisi deyib.
"Qəzzada atəşkəs Fələstinin geniş şəkildə beynəlxalq tanınmasının başlanğıcı olacaq. Çünki Fələstin probleminin həlli və iki dövlət prinsipinin həyata keçirilməsi regionda sabitliyə zəmanət verir. Nəticələrini təsəvvür etmək çətin olan regional münaqişənin genişlənməsinin qarşısını almaq üçün davam edən müharibəyə son qoymaq və ağlın səsinə qulaq asmağın vaxtıdır", - prezident bildirib.
Türkan İSGƏNDƏRLİ