İranın İsrailə qarşı cavab tədbiri üçün gözləmə müddəti uzun ola bilər - SEPAH

 19:16 20.08.2024     202

İranın İsrailə qarşı cavab tədbiri üçün gözləmə müddəti uzun ola bilər.

Redaktor.az
xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Əli Məhəmməd Nayini deyib.

“Zaman bizim tərəfimizdədir və cavab üçün müddət uzun ola bilər. İranın hədəflərinə edilən heç bir hücum cavabsız qalmayıb və düşmən öz vaxtında hesablanmış və dəqiq zərbələr gözləməlidir”, - o qeyd edib.