Blinken Qətər əmiri ilə görüşmək üçün Dohaya gedib

 23:58 20.08.2024     161

ABŞ dövlət katibi Entoni Blinken çərşənbə axşamı axşam Dohaya gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Blinkenin Dohada Əmir Şeyx Təmim bin Həməd Al Tani tərəfindən qəbul ediləcəyi gözlənilir. Danışıqların əsas mövzusu Qəzza zolağında İsrail və Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin həlli olacaq.

Qeyd edək ki, avqustun 19-da ABŞ dövlət katibi Yaxın Şərqə səfəri çərçivəsində İsrailə gəlib və bu ölkənin prezidenti İsaak Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşüb. Blinkenin sözlərinə görə, İsrail Qəzza zolağında münaqişənin həlli ilə bağlı ABŞ-nin təklifini qəbul edib. Çərşənbə axşamı günü Blinken Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqlar aparıb və o, Fələstin anklavında münaqişənin dayandırılması və onun daha da genişlənməsinin qarşısını almağa çağırıb.

Turan İSMAYIL