Obama Trampın mümkün ikinci prezidentliyini PİSLƏDİ

 11:35 21.08.2024     147

Respublikaçıların prezidentliyə namizədi Donald Trampın mümkün ikinci müddəti , adətən davam filmlərində olduğu kimi birincidən daha pis olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Amerikanın keçmiş lideri Barak Obama bildirib .

“ABŞ-ə daha dörd il boşboğazlıq və xaosa ehtiyac yoxdur. Biz artıq bu filmə baxmışıq və hamımız bilirik ki, davamı adətən daha da pis olur”, - deyə siyasətçi qeyd edib.

Obama həmçinin qarşıdan gələn seçkilərdə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin namizədliyini açıq şəkildə dəstəkləyib.

Türkan İSGƏNDƏRLİ