İrandan İsrailə daha bir təhdid: QURUDAN HÜCUM EDƏ BİLƏRİK
İsrail HƏMAS lideri İsmayıl Haniyəni Tehranda vurduqdan sonra cavabı maraqla gözlənilən İrandan açıqlama gəlib.
Redaktor.az xəbər verir ki, İran administratoru İsrailə qurudan da hücum edə biləcəklərini bəyan edib.
Nümayəndəliyin yaydığı bəyanatda qeyd edilib:
"İranın cavabının iki aşkar nəticəsi olmalıdır. Birincisi, təcavüzkarı "terrorizm" və "İranın milli suverenliyinin pozulması"na görə cəzalandırmaq, ikincisi, İranın çəkindirici gücünü və istənilən hücumun qarşısını ala biləcəyini göstərməkdir".
Türkan İSGƏNDƏRLİ