BMT dünyanı bu səbəbdən 18,5 milyon dollar ayırmağa çağırır
BMT-yə bağlı Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) beynəlxalq ictimaiyyəti əvvəllər meymun çiçəyi kimi tanınan mpox xəstəliyinin yayılması ilə mübarizə planını həyata keçirmək üçün 18,5 milyon dollar ayırmağa çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.
Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru Amy Pope bildirib ki, bu cür böhranlar yüksək mobil əhali və köçkün icmaları üçün ciddi narahatlıq doğurur.
Bunun fonunda agentlik miqrantlar arasında mpox xəstəliyinin yayılmasının qarşısının alınması, “yüksək riskli ərazilərin” müəyyən edilməsi və “milli səhiyyə işçilərinin və cəbhə bölgəsində çalışanların potensialının artırılması” üçün tədbirləri nəzərdə tutan plan hazırlayıb.
“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu günə qədər təkcə Konqo Demokratik Respublikasında 15,000-dən çox şübhəli hadisə, o cümlədən 537 ölüm hadisəsi var. Türkan İSGƏNDƏRLİ