Aİ sərhədləri qorumaq üçün 400 milyon avro dəyərində PUA alacaq
Avropa İttifaqının (Aİ) Xarici Sərhəd Təhlükəsizliyi Agentliyi ( Frontex ) sərhədləri miqrantlardan qorumaq üçün təxminən 400 milyon avro dəyərində dron və müşahidə avadanlığı alacaq.
Redaktor.az xəbər verir ki, bu barədə "Euratciv" saytı məlumat yayıb .
Məlumata görə, agentlik 184 milyon avroya pilotsuz nəqliyyat vasitələrinin, 3 milyon avroya yerüstü dronların tətbiqi, 19 milyon avroya gecəgörmə cihazlarının alınması, 186,5 milyon avroya müvafiq informasiya texnologiyalarının inkişafı, həmçinin pilot layihənin başlanması üçün tenderlər bağlayıb.
Xatırladaq ki, iyul ayında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen miqrantların ölkədən çıxarılması prosesini təkmilləşdirəcəyini bildirmişdi.
Türkan İSGƏNDƏRLİ