"Harris ABŞ-ni nüvə müharibəsinə apara bilər"
ABŞ-dƏ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçkilərdə qalib gələcəyi təqdirdə ölkəni nüvə müharibəsinə aparacaq.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu fikri vitse-prezidentliyə namizəd respublikaçı Ceyms Devid Vens deyib.
"Donald Tramp nüvə müharibəsinin qarşısını alan adamdır və ehtiyatlı olmasaq, Kamala Harris bizi birbaşa nüvə müharibəsinə aparacaq", - deyə o Şimali Karolinada tərəfdarlarına bildirib.
Turan İSMAYIL