Moldovanın hakim partiyası Sandunun prezidentliyə namizədliyini irəli sürəcək

 22:35 21.08.2024     161

Moldova Prezidenti Maya Sandu bu vəzifəyə seçilməzdən əvvəl qurduğu və rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyası tərəfindən rəsmən prezidentliyə namizəd kimi irəli sürüləcək.

Redaktor.az xəbər verir ki, bu barədə PDS saytında deyilir.

"Cümə axşamı, avqustun 22-də imza toplamaq və Maya Sandunun prezident seçkilərinə namizədliyini irəli sürmək üçün təşəbbüs qrupunun yaradılması üçün görüş keçiriləcək", - xəbərdə deyilir.

Turan İSMAYIL