"Silah anbarlarımız boşdur" - Tramp
ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iddia edir ki, bu ölkənin silah-sursatı yoxdur, çünki o, Ukrayna da daxil olmaqla, müttəfiqlərinə hər şeyi verir.
Redaktor.az-ın TASS-a istinadla məlumatına görə, o, Şimali Karolinada tərəfdarlarına deyib:
"Hazırda bizim heç bir sursatımız yoxdur. Bilirsiniz, biz hamısını Ukraynaya və müxtəlif başqa ölkələrə vermişik. Hamısını onlara vermişik. Anbarlarımız boşdur".
Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının üzvü (Florida ştatından respublikaçı), Trampın seçki kampaniyasının etibarlı adamı Mayk Uols demişdi ki, eks-prezident seçkidə qalib gəlsə, avropalı müttəfiqlərindən tələb edəcək ki, Ukraynaya yardımın əsas yükünü Vaşinqton yox, onlar üzərinə götürsün.
Turan İSMAYIL