Banqladeş fəlakət yaşayır - 1.5 MİLYON İNSAN ZƏRƏR ÇƏKDİ
Banqladeşdə leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində 1,5 milyondan çox insan qapalı vəziyyətdə qalıb.
Redaktor.az xəbər verir ki, Banqladeşin cənub-şərqində leysan yağışları səbəbi ilə yaranan daşqınlar nəticəsində 1,5 milyondan çox insan köməksiz vəziyyətdə qalıb.
Banqladeşin Feni, Cumilla və Noakhali bölgələrində yağan güclü yağış nəticəsində bir çox yollar və evlər su altında qalıb.
Banqladeş Sərhəd Mühafizəsi (BSM) 1,5 milyondan çox insanın daşqından zərər çəkmiş ərazilərdə qapalı vəziyyətdə qaldığını və xilasetmə işlərinin davam etdiyini bildirib.
Seymur BƏNNAYEV