Tayvan müdafiə xərclərini rekord səviyyəyə çatdıracaq

 09:40 22.08.2024     145

Çindən gələn hərbi təhlükənin artması fonunda Tayvan gələn il müdafiə xərclərini 647 milyard NT$-a (20,2 milyard ABŞ dolları) qədər artıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Gələn il hərbi xərclərin əvvəlki ilə nisbətən 7,7 faiz çox olacağı və Tayvanın təxmin edilən ÜDM-nin 2,45 faizini təşkil edəcəyi açıqlanıb. Müdafiə büdcəsinə həmçinin 2026-cı ilə qədər yeddi il ərzində yeni döyüş təyyarələrinin alınması üçün ayrılmış 247,2 milyard NT dollarlıq xüsusi büdcə də daxildir və bunun böyük hissəsi ABŞ tərəfindən təmin ediləcək.

Bildirilir ki, Tayvanın hərbi xərclərinin davamlı olub-olmayacağı ilə bağlı qeyri-müəyyənlik var. Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar İnstitutunun dosenti Çie Çunq bildirib ki, son bir neçə ildə müdafiə xərclərinin artması dövlət borcları hesabına maliyyələşdirilən xüsusi büdcə ilə dəstəklənib, lakin bu mexanizmin 2026-cı ildən sonra davam edib-etməyəcəyi bəlli deyil. 

Sevinc İBRAHİMZADƏ