Bayden Netanyahunu HƏMAS ilə müqavilə bağlamağa çağırdı
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında ona Fələstinin radikal HƏMAS hərəkatı ilə atəşkəs sazişinin mümkün qədər tez imzalanmasının vacibliyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat məlumat yayıb.
"Prezident atəşkəs və girovların azad edilməsi ilə bağlı sazişin bağlanmasına nail olunmasının təcili olduğunu vurğulayıb və qalan maneələrin aradan qaldırılması üçün Qahirədə keçiriləcək danışıqları müzakirə edib", - mətbuat xidmətinin bəyanatında deyilir.
Bundan əlavə, tərəflər İran və Vaşinqtonun HƏMAS, Hizbullah və Husilər kimi vəkil hesab etdiyi qruplar da daxil olmaqla bütün təhdidlərə qarşı İsrailin müdafiəsini dəstəkləmək üçün ABŞ-nin fəal və davamlı səylərini müzakirə ediblər.
Türkan İSGƏNDƏRLİ