Çin Dövlət Baş Naziri Li Tsyan Rusiya səfərini başa VURDU

 10:55 22.08.2024     172

Çin Dövlət Şurasının Baş naziri Li Tsyan Rusiyaya rəsmi səfərini başa vuraraq Moskvanı tərk edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, onun təyyarəsi Vnukovo-2 hava limanından havaya qalxıb. Təyyarəni enişdə fəxri qarovul dəstəsi qarşılayıb, Rusiya və Çinin dövlət bayraqları qaldırılıb, hərbi orkestr hər iki ölkənin himnlərini səsləndirib.

Xatırladaq ki, Li Tsyan Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Çin rəsmisi Moskvaya Rusiya və Çin hökumət başçılarının 29-cu növbəti iclası çərçivəsində Rusiyanın baş naziri Mixail Mişustinin dəvəti ilə gəlib.

Türkan İSGƏNDƏRLİ