42 qadını öldürməkdə şübhəli bilinən şəxs həbsxanadan QAÇDI

 11:22 22.08.2024     186

Keniyada “Vampir” ləqəbli serial qatildə şübhəli bilinən 13 şübhəli mühafizəçinin köməyi ilə azadlıqdan qaçıb.

Redaktor.az xəbər verir ki, bu barədə The Guardian yazır.

33 yaşlı Collins Xaluşa iyul ayında 42 qadını öldürməkdə şübhəli bilinərək həbs edilib. Bu vəhşiliyinə görə Cinayət Axtarış İdarəsinin rəisi həmin şəxsi “vampir” və “psixopat” adlandırıb. İstintaq zamanı Xaluşa qadınları parçaladığını və cəsədlərini Nayrobidəki karxanaya atdığını etiraf edib, lakin vəkili bu etirafın işgəncə altında edildiyini iddia edib. Bütün təfərrüatların aydınlaşdırılması üçün Xaluşə daha 30 sutka həbs edilib, bundan sonra o, qaçıb.

Saxlanılanların yoxa çıxması səhər saat beş radələrində onlara səhər yeməyi gətirilən zaman aşkarlanıb. Ehtimal olunur ki, qaçaqlar hasarda deşik açıb, oradan dırmaşıblar, sonra isə ətraf divarın üstündən keçiblər.

Polisin baş müfəttişi vəzifəsini icra edən Gilbert Masengeli bildirib ki, qaçış zamanı vəzifədə olan 8 zabit artıq həbs edilib. İlkin araşdırma göstərib ki, onlardan biri şübhəliləri azad etməyə kömək edə bilər. İstintaq davam edir.

Sevinc İBRAHİMZADƏ