NATO Rusiya ilə sərhəddə zirehli briqada yerləşdirəcək

 11:17 22.08.2024     151

NATO Finlandiyanın Rusiya sərhədi yaxınlığındakı Mikkeli şəhərinə 4-5 min nəfərlik zirehli briqada yerləşdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “İltalehti” qəzeti məlumat yayıb .

“Finlandiya Müdafiə Qüvvələri və dövlət rəhbərliyi Finlandiyanın NATO ölkələrindən olan hərbçilərin Finlandiya torpaqlarında olmasına ehtiyacı olduğu qənaətinə gəliblər”,- qəzet yazır.

Finlandiya və İsveçin NATO-ya daxil olması Rusiyanın əsas təhlükəsi hesab edilir.

Bundan əvvəl Finlandiya Ukrayna münaqişəsi başlayandan sonra beş dəfə çox mərmi istehsal etməyə başlayıb. Ölkə həmçinin Kiyevi lazım olana qədər dəstəkləməyə hazır olduğunu bəyan edib.

Türkan İSGƏNDƏRLİ