Ukrayna ordusu Kursk AES-ə zərbə endirməyə çalışıb - Putin AÇIQLADI
Ukrayna Silahlı Qüvvələri Kursk Atom Elektrik Stansiyasına (AES) zərbə endirməyə cəhd edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, bu barədə MAQATE-yə məlumat verilib.
"Ümid edirəm ki, MAQATE Kiyevin Kursk atom elektrik stansiyasına zərbələr endirmək cəhdi ilə bağlı vəziyyəti öyrənmək üçün mütəxəssislər göndərəcək", - deyə Putin bildirib.
Turan İSMAYIL