Litva zirehli maşınların ikinci partiyasını . aldı

 17:43 22.08.2024     176

Litva ABŞ-dən alınmış 150-dən çox JLTV (Joint Light Tactical Vehicle) çoxməqsədli zirehli maşının ikinci partiyasını alıb.

Redaktor.az xəbər verir ki, bu barədə respublikanın dövlət televiziyası və radiosu LRT məlumat yayıb.

Litva Müdafiə Nazirliyinin bildirdiyinə görə, Vilnüsə tədarük edilən avtomobillər yüksək ekipaj təhlükəsizliyini, kəşfiyyat, artilleriya və hava dəstəyi əməliyyatlarında daha yüksək səmərəliliyi təmin edir. JLTV-də tədarük müqaviləsi iyul ayında imzalanmış İsveçin RBS70 NG hava hücumundan müdafiə sistemlərinə ev sahibliyi edəcək. Onlar 2025-2027-ci illərdə Litvaya çatdırılacaq.

Litva "Oshkosh Defence" tərəfindən istehsal olunan M1278A1 modifikasiyalı JLTV zirehli maşınlarının alınması üçün iki müqavilə imzalayıb. Məlumata görə, Vilnüs bu texnikadan 200 ədəd alıb və daha 300 maşın gözləyir.

Sevinc İBRAHİMZADƏ