Saç əkimi etdirən kişi təyyarədən çıxarılıb
ABŞ-də saç əkimi etdirən kişi təyyarədən çıxarılıb. Uçuş bələdçiləri sərnişinin səhhətinin narahatlıq doğurduğunu hesab ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə “Mirror” yazıb.
Saç əkimi etdirən kəs əməliyyatdan sonra sevgilisi ilə birlikdə təyyarədə evə qayıdıb. Adamın başında xüsusi sarğı olub, stüardessalar ondan çıxartmağı xahiş ediblər. Amerikalı bu tələbi yerinə yetirməkdən imtina edib.
Bu, kişinin səhhətindən narahat olduqlarını bildirən stüardessaları qorxuya salıb. Həmçinin Ernestonun başı qanadığından ekipaj adamı uçuşdan çıxarmaqda qərarlı olub. Amma sərnişinlər buna etiraz ediblər.
Ernandes-Qarnier və qız yerlərini tərk etməkdən imtina etdikləri üçün polis müdaxilə etməli olub.
Hadisəyə hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə etdikdən sonra hər iki müştəri təyyarədən çıxarılıb.
Sevinc İBRAHİMZADƏ