İkinci ən böyük almaz kəşf edildi

 18:10 22.08.2024     182

Kanadanın "Lucara Diamond" şirkəti Botsvanadakı Karove mədənində 2492 karat ağırlığında almaz aşkar edib.

Redaktor.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, son 120 ildə ən böyük almaz və indiyə qədər çıxarılan ikinci ən böyük almazdır.

Almaz hələ qiymətləndirilməyib. Nəşrin qeydlərinə görə, onun yüksək keyfiyyətli zinət əşyaları istehsal edib-edilməyəcəyi artıq məlum deyil.

Qeyd edək ki, tarixin ən böyük almazı olan "Cullinan" da Cənubi Afrikada tapılıb. Onun çəkisi 3106 karat olub.

Karove mədəni böyük daşları ilə məşhurdur. Belə ki, "Lucara" 2015-ci ildə burada 1109 karat ağırlığında "Lesedi La Rona" almazını kəşf edib. O, 53 milyon dollara satılıb.  

Sevinc İBRAHİMZADƏ