İsrail Mahmud Abbasın Qəzzaya getməsinə icazə vermədi
İsrail Fələstin Prezidenti Mahmud Abbasın Qəzza zolağına səfərinə icazə verməyib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Fələstin Prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri və onun xüsusi nümayəndəsi, nazir Riyad əl-Maliki bildirib.
“Biz icazə istəmədik. Prezidentin Qəzzaya gedəcəyini bildirdik. Bundan sonra İsrailin cavabı gəldi və onlar prezident Mahmud Abbasın Qəzzaya girməsinə icazə verməyəcəklərini bildirdilər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl Abbasın Qəzza zolağına səfər etmək niyyətində olduğu bildirilirdi.
Avqustun 21-də Abbas Türkiyəyə səfəri zamanı İsraildən gələn sui-qəsd təhlükəsi səbəbindən yerli parlament üzvləri ilə şam yeməyini ləğv edib. Abbas Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa göstərdiyi diqqətə görə təşəkkür edib, lakin hava qaralmadan Fələstinə getməli olduğu üçün millət vəkilləri ilə nahar edə bilmədiyini deyib.
Turan İSMAYIL