Çində zəlzələ OLDU
Sincyan-Uyğur Muxtar Bölgəsinin (Şimal-Qərbi Çin) Aksu mahalının Kuça şəhərində 5,0 bal gücündə zəlzələ baş verib.
Redaktor.az-ın məlumatına görə, yeraltı təkanların episentri koordinatları 40,92 dərəcə şimal eni və 83,97 dərəcə şərq uzunluğu olan nöqtədə yerləşib. Hiposentr 15 km dərinlikdə yerləşirdi. Ölən və yaralananlar barədə məlumat verilmir.