Fələstin İsrail və HƏMAS arasında danışıqlarda iştirak ETMƏYƏCƏK
Fələstin Administrasiyası İsrail və HƏMAS arasında danışıqlarda iştirak etməyəcək.
Redaktor.az xəbər verir ki, bunu Fələstin lideri Mahmud Abbasın beynəlxalq əlaqələr üzrə müşaviri və xüsusi nümayəndəsi nazir Riyad əl-Maliki deyib.
Onun sözlərinə görə, Fələstin münaqişə tərəflərindən biri deyil. HƏMAS və İsrail arasında atəşkəs olacağı təqdirdə dövlət nümayəndələri iştirak etməyəcək.
Mahmud Abbasın xüsusi nümayəndəsi əlavə edib ki, Fələstin hökuməti danışıqların mühüm iştirakçısı olacaq, çünki onlar münaqişənin həllindən sonra həyatın necə qurulmasına diqqət yetirirlər. Xüsusilə, Rəfah keçid məntəqəsini kimin idarə edəcəyi və Qəzzanın yenidən qurulması müzakirə edilir.
Sevinc İBRAHİMZADƏ