Avstraliya ən böyük günəş enerjisi istehsalı mərkəzi tikməyi planlaşdırır
Avstraliya hakimiyyəti günəş enerjisi istehsalı mərkəzinin tikintisi layihəsini təsdiqləyib. Tikildikdə dünyanın ən böyüyü olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Nazirliyinin bəyanatına istinadən baş nazirin dəftərxanası məlumat yayıb.
Söhbət "SunCable" layihəsindən gedir. Onun ölkənin şimalındakı 3 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcəyi və gələcəkdə istehsal olunan enerjinin bir hissəsinin dənizaltı kabel vasitəsilə Sinqapura ixrac olunacağı gözlənilir. Mərkəz 12 min hektardan çox ərazidə tikiləcək. Burada günəş panelləri və akkumulyatorlar yerləşdiriləcək.
Hazırda Avstraliyada 55-dən çox bərpa olunan enerji layihəsi həyata keçirilir. Çin isə bu sahədə liderliyini hələ də qoruyub saxlayır. Burada külək və günəş elektrik stansiyalarının tikintisi dünyanın qalan hissəsindən demək olar ki, iki dəfə çoxdur.
Sevinc İBRAHİMZADƏ