Ukrayna Kursk vilayətinə buna görə hücum edib
Kiyev Kursk vilayətinə hücum etməklə döyüşləri Rusiya ərazisinə keçirmək istəyir.
Redaktor.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin (AFU) 14-cü alayının PUA batalyonunun komandiri Xolod deyib.
Məlumata görə, Ukrayna hərbi komandanlığının nümayəndələri iddia edirlər ki, ruslara müharibənin getdiyini hiss etdirmək Kiyevin strategiyasının əsas hissəsinə çevrilməlidir. Bu yanaşma Rusiya hakimiyyətinə təzyiqləri artırır.
Türkan İSGƏNDƏRLİ