Şimali Koreyadan ABŞ-nin Cənubi Koreyaya hərbi texnika satmasına REAKSİYA
Şimali Koreya ABŞ-ın Cənubi Koreyaya hərbi texnika satmasına reaksiya verib.
Redaktor.az xəbər verir ki, bu barədə Şimali Koreya administrasiyası bəyanat yayıb.
Bəyanata görə, ABŞ-nin Cənubi Koreyaya 3,5 milyard dollar dəyərində hərbi texnika, o cümlədən Apaçi hücum helikopterləri satmasına razılıq verməsi regionda qeyri-sabitliyi qəsdən artırmaq məqsədi daşıyır.
“ABŞ və müttəfiqlərini şiddətlə qınayır, regional təhlükəsizliyi pozan və hərbi gərginliyi artıran silahlanma fəaliyyətlərini pisləyərək, bunun nəticələri barədə xəbərdarlıq edirik", - Şimali Koreya XİN açıqlama yayıb.
Türkan İSGƏNDƏRLİ