Hindistan və Banqladeşdə daşqın nəticəsində 36 nəfər ölüb

 17:26 23.08.2024     239

Cənubi Asiya ölkəsi Hindistanda musson yağışlarının yaratdığı sel nəticəsində 23, qonşu Banqladeşdə isə 13 nəfər ölüb.

Redaktor.az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanın şərqindəki Tripura əyalətində 4 gündür təsirli olan musson yağışları sel və torpaq sürüşmələrinə səbəb olub.

Təbii fəlakət idarəsi rəsmilərinin verdiyi məlumata görə, 65 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Təxminən 1,7 milyon insan təbii fəlakətdən zərər çəkib.

Qonşu Banqladeşdə də yağan güclü yağış 11 əyalətdə daşqınlara səbəb olub. Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin məlumatına görə, təxminən 4,4 milyon insan zərər çəkib. 

Hər iki ölkədə nfrastruktura və kənd təsərrüfatı sahələrinə böyük ziyan dəyib.

Türkan İSGƏNDƏRLİ