Ruslar Kurskda Ukrayna zirehli texnikasını vurdu

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə məxsus zirehli döyüş maşınının Rusiya Silahlı Qüvvələrinin Şimal Qrupunun bölmələri tərəfindən "Lancet" sursatından istifadə edərək məhv edilməsinin görüntülərini nümayiş etdirib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, qrupun kəşfiyyat bölməsi PUA-dan istifadə edərək Ukrayna Silahlı Qüvvələrinin döyüş maşınının kimliyini müəyyən edib.
Obyektiv nəzarət görüntülərində Ukrayna zirehli maşınının alov alması görünür.
Turan İSMAYIL